• Home  
  • Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər
- Dünya - Gündəm - Siyasət

Ermənistan və Çin müdafiə sahəsində əməkdaşlığın yeni istiqamətlərini müzakirə ediblər

Ermənistan və Çin müdafiə sahəsində qarşılıqlı fəaliyyətin və uzunmüddətli planlaşdırmanın yeni istiqamətlərini müzakirə ediblər. Əks-səda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri Suren Papikyan Çində səfərdədir. Pekinə səfəri çərçivəsində nazir Çinin müdafiə naziri, admiral Dong Junla görüşüb. “Görüş zamanı müdafiə sahəsində Ermənistan-Çin əməkdaşlığı və onun inkişaf perspektivləri müzakirə olunub. Nazirlər müdafiə sahəsində […]

Siyasət

Ermənistan və Çin müdafiə sahəsində qarşılıqlı fəaliyyətin və uzunmüddətli planlaşdırmanın yeni istiqamətlərini müzakirə ediblər.

Əks-səda Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiə naziri Suren Papikyan Çində səfərdədir.

Pekinə səfəri çərçivəsində nazir Çinin müdafiə naziri, admiral Dong Junla görüşüb.

“Görüş zamanı müdafiə sahəsində Ermənistan-Çin əməkdaşlığı və onun inkişaf perspektivləri müzakirə olunub. Nazirlər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib və qarşılıqlı fəaliyyətin və uzunmüddətli planlaşdırmanın yeni istiqamətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar”, – Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.