• Home  
  • Abşeronda saxta alıcı evdən 5 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir
- Gündəm - KriminaI - Ölkə

Abşeronda saxta alıcı evdən 5 min manatlıq qızıl oğurlamaqda şübhəli bilinir

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə […]

Abşeron rayonu ərazisində yerləşən evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı R.Quliyeva müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkənin evini satışa çıxardığını öyrəndikdən sonra özünü alıcı kimi təqdim edərək evə daxil olub və talama cinayətini törədib.

Araşdırma davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.