• Home  
  • FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb
- Cəmiyyət - Gündəm - Ölkə

FHN: Bakı Konqres Mərkəzində yanğın hadisəsi qeydə alınmayıb

Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb. Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub. “Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur”, – məlumatda […]

Cəmiyyət

Bakı Konqres Mərkəzində heç bir yanğın hadisəsi qeydə alınmayıb.

Əks-səda xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hazırda FHN qüvvələri Bakı Konqres Mərkəzində keçirilən beynəlxalq tədbir ilə əlaqədar əraziyə cəlb olunub.

“Mətbəx sahəsində havalandırma sistemi işə düşüb. Vəziyyət tam nəzarət altındadır və narahatlıq üçün heç bir əsas yoxdur”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial mediada Bakı Konqres Mərkəzində tüstülənmə olduğuna dair görüntülər paylaşılıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.