• Home  
  • FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb
- Dünya - Gündəm - Idman - Manşet

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktının qeydə alınmadığını açıqlayıb. Əks-səda xəbər verir ki, bu barədə “SBC News” portalı məlumat yayıb. Bildirilib ki, idman yarışlarının dürüstlüyünə nəzarət edən monitorinq qrupu turnir çərçivəsində keçirilən bütün – 104 qarşılaşmanı və mərc oyunları ilə bağlı mümkün manipulyasiya hallarını təhlil edib. Araşdırmanın nəticəsinə əsasən, dünya çempionatında danışılmış oyun aşkarlanmayıb. […]

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktının qeydə alınmadığını açıqlayıb.

Əks-səda xəbər verir ki, bu barədə “SBC News” portalı məlumat yayıb.

Bildirilib ki, idman yarışlarının dürüstlüyünə nəzarət edən monitorinq qrupu turnir çərçivəsində keçirilən bütün – 104 qarşılaşmanı və mərc oyunları ilə bağlı mümkün manipulyasiya hallarını təhlil edib. Araşdırmanın nəticəsinə əsasən, dünya çempionatında danışılmış oyun aşkarlanmayıb.

Bununla yanaşı, Avropa Şurasının himayəsi altında fəaliyyət göstərən Kopenhagen Qrupu turnirdə 7 mümkün danışılmış oyun epizodu müəyyən etdiyini açıqlayıb. Təşkilatın məlumatına görə, 15 qarşılaşma xüsusi nəzarətə götürülüb, daha 12 mübahisəli epizod isə idman dürüstlüyü baxımından araşdırılıb.

Sənəddə mümkün pozuntularla bağlı diqqət çəkən bir neçə epizod da qeyd olunub. Bunlardan biri Cənubi Afrika Respublikası millisinin futbolçusu Tema Zvanenin Meksika ilə açılış matçının sonlarında qırmızı vərəqə almasıdır. Digər epizod isə İspaniya və Kabo Verde yığmaları arasında qolsuz bərabərliklə (0:0) başa çatan görüşdə heç-heçə nəticəsinə mərc edilməsi ilə bağlıdır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.