• Home  
  • Florensiyada sosial media asılılığı ilə mübarizə üçün ilk mərkəz yaradılıb
- Dünya - Gündəm - Texnologiya

Florensiyada sosial media asılılığı ilə mübarizə üçün ilk mərkəz yaradılıb

İtaliyanın Florensiya şəhərində sosial media və rəqəmsal asılılıqla mübarizə məqsədilə ölkədə ilk daimi mərkəz fəaliyyətə başlayacaq. Əks-səda İtaliyanın “AGİ” informasiya agentliyinə istinadla xəbər verir ki, “Rəqəmsal köləliyi dayandırın” adlı mərkəzin əsas məqsədi gənclər arasında texnologiyadan məsuliyyətli istifadəni təşviq etmək, sosial mediadan həddindən artıq istifadənin yaratdığı təcrid, ailə münaqişələri və digər problemlərin qarşısını almaqdır. Sentyabrdan fəaliyyətə […]

İtaliyanın Florensiya şəhərində sosial media və rəqəmsal asılılıqla mübarizə məqsədilə ölkədə ilk daimi mərkəz fəaliyyətə başlayacaq.

Əks-səda İtaliyanın “AGİ” informasiya agentliyinə istinadla xəbər verir ki, “Rəqəmsal köləliyi dayandırın” adlı mərkəzin əsas məqsədi gənclər arasında texnologiyadan məsuliyyətli istifadəni təşviq etmək, sosial mediadan həddindən artıq istifadənin yaratdığı təcrid, ailə münaqişələri və digər problemlərin qarşısını almaqdır.

Sentyabrdan fəaliyyətə başlayacaq mərkəzdə smartfonsuz məkan, maarifləndirici proqramlar, qrup məşğələləri, yaradıcı seminarlar və valideynlər, müəllimlər üçün təlimlər təşkil olunacaq.

Mərkəz 10-25 yaşarası gəncləri qəbul edəcək və gündə 40 nəfərədək iştirakçıya xidmət göstərə biləcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.