“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkətinin 2026-cı il 22-27 sentyabr tarixlərində məhdudlaşdırılacağını nəzərə alaraq, 7 ümumi təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil ediləcək.
Əks-səda xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) məlumat yayıb.
Bildirilib ki, Tofiq İsmayılov adına 6 nömrəli lisey, Məmməd Rahim adına 7 nömrəli tam orta ümumtəhsil məktəbi, Kərim Kərimov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbi, Tahir Həsənov adına 23 nömrəli tam orta ümumtəhsil məktəbi, 160 nömrəli Klassik Gimnaziya, 132-134 nömrəli lisey və İlyas Əfəndiyev adına Elitar gimnaziyada 22-26 sentyabr 2026-cı il tarixlərində tədris distant (məsafədən) formada təşkil olunacaq.


