• Home  
  • Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar
- Dünya - Gündəm - Texnologiya

Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar

Avropa Kosmik Agentliyi (ESA) və ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) astronavtları Sofi Adeno və Cessika Meir Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmosa çıxıblar. Əks-səda xəbər verir ki, tədbir NASA-nın veb saytında canlı yayımlanıb. Altı saat qırx doqquz dəqiqə davam edən missiya zamanı Adeno və Meir kosmik gəminin yerləşdirilməsi üçün istifadə olunan naviqasiya sistemini dəyişdirib […]

Texnologiya

Avropa Kosmik Agentliyi (ESA) və ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Milli İdarəsinin (NASA) astronavtları Sofi Adeno və Cessika Meir Beynəlxalq Kosmik Stansiyadan (BKS) kosmosa çıxıblar.

Əks-səda xəbər verir ki, tədbir NASA-nın veb saytında canlı yayımlanıb.

Altı saat qırx doqquz dəqiqə davam edən missiya zamanı Adeno və Meir kosmik gəminin yerləşdirilməsi üçün istifadə olunan naviqasiya sistemini dəyişdirib və alfa maqnit spektrometrini texniki xidmətə hazırlayıblar.

Kosmosa çıxış Adeno üçün üçüncü, Meirin isə yeddinci olub. O, bu kateqoriyada NASA-nın qadın astronavtları arasında üçüncü yeri tutub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.