• Home  
  • Lekornyu: Fransada meşə yanğınları səbəbindən 116 hektardan çox ərazi yanıb
- Dünya - Gündəm - Hadisə

Lekornyu: Fransada meşə yanğınları səbəbindən 116 hektardan çox ərazi yanıb

Fransada 13 566 yanğın hadisəsi qeydə alınıb və artıq 116 085 hektar ərazi yanıb. Əks-səda xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sebastyen Lekornyu “X” sosial şəbəkəsində yazıb. “Yanğınlarla mübarizə profilaktikadan başlayır. Hər 10 yanğından 9-u insan fəaliyyətinin nəticəsində yaranır və onların əksəriyyəti ehtiyatsızlıqdan baş verib. Onlardan bəziləri isə qəsdən yandırılır: bu, 15 ilə qədər […]

Fransada 13 566 yanğın hadisəsi qeydə alınıb və artıq 116 085 hektar ərazi yanıb.

Əks-səda xəbər verir ki, bu barədə ölkənin Baş naziri Sebastyen Lekornyu “X” sosial şəbəkəsində yazıb.

“Yanğınlarla mübarizə profilaktikadan başlayır. Hər 10 yanğından 9-u insan fəaliyyətinin nəticəsində yaranır və onların əksəriyyəti ehtiyatsızlıqdan baş verib. Onlardan bəziləri isə qəsdən yandırılır: bu, 15 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətdir. Təhlükəsizlik qüvvələri yanğın törədənləri aşkar etmək üçün tam səfərbər olunub. Onlar tapılacaq, həbs ediləcək və məhkəmə qarşısında öz hərəkətlərinə görə cavab verəcəklər”, – S.Lekornyu qeyd edib.

Qeyd edək ki, bütün Fransa boyunca meşə yanğınları davam edir, ən böyüyü isə Jironda departamentindədir. Sözügedən departamentdəki yanğın nəticəsində artıq 42 min hektar ərazi yanıb və 220 min insan təxliyə edilməli olub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.