• Home  
  • Fransanın cənub-qərbində baş verən yanğın son 50 ilin ən dağıdıcı fəlakəti olub
- Dünya - Gündəm - Hadisə

Fransanın cənub-qərbində baş verən yanğın son 50 ilin ən dağıdıcı fəlakəti olub

Fransanın cənub-qərbində 14 min hektar ərazini əhatə edən yanğın ölkədə son 50 ilin ən dağıdıcı fəlakəti olub. Əks-səda xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, hazırkı yanğın miqyasına görə 2022-ci ildə Jironda departamentinin Landira kommunasında baş vermiş və həmin vaxt alovun 12,5 min hektardan çox meşəni məhv etdiyi yanğını geridə […]

Fransanın cənub-qərbində 14 min hektar ərazini əhatə edən yanğın ölkədə son 50 ilin ən dağıdıcı fəlakəti olub.

Əks-səda xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırkı yanğın miqyasına görə 2022-ci ildə Jironda departamentinin Landira kommunasında baş vermiş və həmin vaxt alovun 12,5 min hektardan çox meşəni məhv etdiyi yanğını geridə qoyub. Hazırkı yanğının sahəsi artıq Parisin ərazisini də üstələyir.

“Le Figaro” meşə yanğınları ilə bağlı məlumat bazasına istinadən qeyd edib ki, hazırkı və 2022-ci ildə baş vermiş yanğınlardan əlavə, ən böyük üçlüyə Var departamentindəki Vidoban kommunası ərazisində alovun 11,5 min hektar ərazini əhatə etdiyi yanğın da daxildir.

Daha əvvəl Fransanın daxili işlər naziri Loran Nunyes TF1 telekanalının efirində bildirib ki, Jironda departamentindəki yanğın külək istiqamətini dəyişdikdən sonra Bordo istiqamətində irəliləyir. Onun sözlərinə görə, fəlakət zonasından artıq 110 minə yaxın insan təxliyə edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.