• Home  
  • Goranboyda 33 yaşlı kişi qətlə yetirilib, atası saxlanılıb
- Gündəm - KriminaI - Manşet - Ölkə

Goranboyda 33 yaşlı kişi qətlə yetirilib, atası saxlanılıb

Goranboy rayonunda qətl hadisəsi baş verib.  Əks-səda xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Ata ilə oğlu arasında yaranan mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Ağır yaralanan şəxs hadisə yerində ölüb. Qətlə yetirilən şəxs 1993-cü il təvəllüdlü, 33 yaşlı Elvin Aslanovdur. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Aslanovu qətlə yetirməkdə şübhəli […]

Goranboy rayonunda qətl hadisəsi baş verib.

 Əks-səda xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb.

Ata ilə oğlu arasında yaranan mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib. Ağır yaralanan şəxs hadisə yerində ölüb. Qətlə yetirilən şəxs 1993-cü il təvəllüdlü, 33 yaşlı Elvin Aslanovdur.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E. Aslanovu qətlə yetirməkdə şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.