• Home  
  • Harri Keyn “Bavariya” ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb
- Dünya - Gündəm - Idman

Harri Keyn “Bavariya” ilə müqaviləsinin müddətini 2029-cu ilə qədər uzadıb

“Qızıl top” mükafatının son qalibi Harri Keyn Almaniyanın “Bavariya” klubu ilə yeni müqavilə imzalayıb. Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli hücumçunun Münhen təmsilçisi ilə yeni sözləşməsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. Təcrübəli forvard 2023-cü ilin yayında “Bavariya”ya keçdikdən sonra komanda ilə iki dəfə Bundesliqa çempionluğu, Almaniya Kuboku və iki dəfə Frants Bekkenbauer […]

“Qızıl top” mükafatının son qalibi Harri Keyn Almaniyanın “Bavariya” klubu ilə yeni müqavilə imzalayıb.

Əks-səda klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli hücumçunun Münhen təmsilçisi ilə yeni sözləşməsi 2029-cu il iyunun 30-dək nəzərdə tutulub.

Təcrübəli forvard 2023-cü ilin yayında “Bavariya”ya keçdikdən sonra komanda ilə iki dəfə Bundesliqa çempionluğu, Almaniya Kuboku və iki dəfə Frants Bekkenbauer Superkubokunu qazanıb.

O, indiyədək çıxış etdiyi 161 rəsmi matçda 156 qol vuraraq ölkə və Avropa səviyyəsində rekordları yeniləyib. Ötən həftə isə dünyanın ən yaxşı futbolçusu seçilib.

Hücumçu Münhen klubundakı çıxışı ərzində hər mövsüm Bundesliqanın ən sərrast futbolçusu olub. Bundan əlavə, 2026-cı ildə Almaniyada ilin futbolçusu seçilib, 2023/2024 və 2025/2026 mövsümlərində isə iki dəfə Avropanın ən yaxşı bombardiri kimi “Qızıl buts” mükafatına sahib çıxıb.

Qeyd edək ki, H.Keyn kapitanı olduğu İngiltərə seçməsi ilə yayda Kanada, Meksika və ABŞ-də təşkil olunan dünya çempionatında 3-cü yeri tutub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.