• Home  
  • Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb
- Dünya - Elm - Gündəm - Texnologiya

Hindistan raketi Yerin məsafədən zondlanması peykini orbitə çıxarıb

Hindistanın “GSLV-F17” daşıyıcı raketi “EOS-05 (GISAT-1A)” Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb. Əks-səda xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb. Peyk Hindistan ərazisində təbii fəlakətlərin, hava şəraitinin və kənd təsərrüfatı torpaqlarının vəziyyətinin sutkalıq monitorinqi üçün nəzərdə tutulub. Buraxılış ölkənin cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dxavan adına Kosmik Mərkəzin start meydançasından həyata […]

Texnologiya

Hindistanın “GSLV-F17” daşıyıcı raketi “EOS-05 (GISAT-1A)” Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb.

Əks-səda xəbər verir ki, bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı məlumat yayıb.

Peyk Hindistan ərazisində təbii fəlakətlərin, hava şəraitinin və kənd təsərrüfatı torpaqlarının vəziyyətinin sutkalıq monitorinqi üçün nəzərdə tutulub.

Buraxılış ölkənin cənub-şərqindəki Şriharikota adasında yerləşən Satiş Dxavan adına Kosmik Mərkəzin start meydançasından həyata keçirilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.