• Home  
  • Hindistanda daşqınlar səbəbindən 16 mindən çox şəxs təxliyə edilib, 3 nəfər ölüb
- Dünya - Gündəm - Hadisə

Hindistanda daşqınlar səbəbindən 16 mindən çox şəxs təxliyə edilib, 3 nəfər ölüb

Hindistanın Uttar-Pradeş ştatında baş verən daşqınlar nəticəsində 16 784 nəfər təxliyə edilib, 3 nəfər ölüb. Əks-səda xəbər verir ki, bu barədə “Hindustan Times” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Məlumata görə, təbii fəlakətin nəticələri ştatın 35 dairəsindən 23-nə təsir edib. Bəzi ərazilərdə təkrar daşqın təhlükəsi qalmaqdadır. Xüsusilə Balliya dairəsində Qanq və Sarayu çaylarında suyun səviyyəsinin yüksəlməsi […]

Hadisə

Hindistanın Uttar-Pradeş ştatında baş verən daşqınlar nəticəsində 16 784 nəfər təxliyə edilib, 3 nəfər ölüb.

Əks-səda xəbər verir ki, bu barədə “Hindustan Times” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, təbii fəlakətin nəticələri ştatın 35 dairəsindən 23-nə təsir edib. Bəzi ərazilərdə təkrar daşqın təhlükəsi qalmaqdadır. Xüsusilə Balliya dairəsində Qanq və Sarayu çaylarında suyun səviyyəsinin yüksəlməsi təxminən 20 500 nəfərə təsir edib.

Daşqınlar nəticəsində 3 nəfər, o cümlədən Pratapqarhda 18 aylıq uşaq, Qacraula şəhərində isə 32 yaşlı qadın və 55 yaşlı kişi həlak olub. Həmçinin yüzlərlə evə ziyan dəyib.

Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatlarına 1 499 qayıq və motorlu kater, eləcə də 1 067 tibbi briqada cəlb edilib. Ştat hakimiyyəti 1 311 müvəqqəti yaşayış məntəqəsi yaradıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.