Hindistanın Odişa ştatının Puri şəhərində keçirilən ənənəvi dini festivalı zamanı yaranan izdiham nəticəsində iki nəfər ölub, 100-ə yaxın insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.
“Əks-səda” “Hindustan Times”-a istinadən xəbər verir ki, insident Caqannath məbədinin Sinqhadvara (Şir qapısı) yaxınlığında zəvvarların kəskin sıxlığı səbəbindən baş verib. Yaranan panika nəticəsində insanlar bir-birini tapdalamağa başlayıblar.
Hadisə yerinə cəlb olunan xilasedicilər xəsarət alanları təxliyə edərək xəstəxanalara çatdırıblar.


