• Home  
  • Hindistanda qəzaya uğramış təlim təyyarəsinin iki pilotunun meyiti tapılıb
- Dünya - Gündəm - Hadisə

Hindistanda qəzaya uğramış təlim təyyarəsinin iki pilotunun meyiti tapılıb

Hindistanın Kanpur şəhərində ikimühərrikli təlim-məşq təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub. Əks-səda xəbər verir ki, bu barədə Hindistan mediası polisə istinadən məlumat yayıb. Bildirilib ki, təyyarə Qarq aviasiya təlim mərkəzindən havaya qalxıb və 20 dəqiqə sonra geri qayıdarkən qəzaya uğrayıb. Pilotların meyitlərini çıxarmaq üçün polis ərazini mühasirəyə alıb. Qeyd edək ki, hadisə Qanq çayı […]

Hadisə

Hindistanın Kanpur şəhərində ikimühərrikli təlim-məşq təyyarəsinin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

Əks-səda xəbər verir ki, bu barədə Hindistan mediası polisə istinadən məlumat yayıb.

Bildirilib ki, təyyarə Qarq aviasiya təlim mərkəzindən havaya qalxıb və 20 dəqiqə sonra geri qayıdarkən qəzaya uğrayıb.

Pilotların meyitlərini çıxarmaq üçün polis ərazini mühasirəyə alıb.

Qeyd edək ki, hadisə Qanq çayı üzərindəki bəndin yaxınlığında baş verib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.