• Home  
  • Hindistanın Bihar ştatındakı daşqınlardan 1,685 milyondan çox insan zərər çəkib
- Dünya - Gündəm - Hadisə

Hindistanın Bihar ştatındakı daşqınlardan 1,685 milyondan çox insan zərər çəkib

Hindistanın Bihar ştatında daşqınlar nəticəsində 1,685 milyondan çox insan zərər çəkib. Əks-səda xəbər verir ki, bu barədə “The National Hеrald” yazıb. Rəsmi məlumatlara görə, ştatın 11 dairəsində daşqınlar və sellər qeydə alınıb. Yerli administrasiya 1 158 qayıq, eləcə də fövqəladə hallara müdaxilə üzrə 34 qrup cəlb edərək axtarış-xilasetmə əməliyyatlarını aktivləşdirib. Zərərçəkmiş dairələrdə yardımın göstərilməsi səyləri çərçivəsində […]

Hadisə

Hindistanın Bihar ştatında daşqınlar nəticəsində 1,685 milyondan çox insan zərər çəkib.

Əks-səda xəbər verir ki, bu barədə “The National Hеrald” yazıb.

Rəsmi məlumatlara görə, ştatın 11 dairəsində daşqınlar və sellər qeydə alınıb. Yerli administrasiya 1 158 qayıq, eləcə də fövqəladə hallara müdaxilə üzrə 34 qrup cəlb edərək axtarış-xilasetmə əməliyyatlarını aktivləşdirib. Zərərçəkmiş dairələrdə yardımın göstərilməsi səyləri çərçivəsində hazırda 80 qidalanma məntəqəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, 326 nəfər müvəqqəti sığınacaqlara təxliyə edilib.

Hakimiyyət orqanları gələcək subasma ehtimalını nəzərə alaraq hazırlıq tədbirlərini gücləndirib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.