Böyük Britaniyanın BP şirkəti İan Tayleri Direktorlar Şurasının daimi sədri təyin edib.
Əks-səda şirkətə istinadən xəbər verir ki, o, dərhal vəzifələrinin icrasına başlayacaq.
Məlumata görə, İ.Tayler bu ilin may ayında vəzifəsindən kənarlaşdırılan Albert Manifoldu əvəz edib.
Bundan başqa, o, 2025-ci ilin aprelində müstəqil direktor qismində BP-nin Direktorlar Şurasının tərkibinə daxil olub və bu il mayın 26-da müvəqqəti sədr təyin edilib.
Hazırda o, “Grafton Group plc” şirkətinin Direktorlar Şurasının sədri və “Anglo American plc” şirkətinin baş direktorudur. İ.Tayler bundan qabaq “Balfour Beatty” tikinti qrupuna rəhbərlik edib.


