• Home  
  • İrandan Azərbaycana 113 kq-a yaxın heroin keçirilməsinin qarşısı alınıb
- Gündəm - KriminaI - Ölkə

İrandan Azərbaycana 113 kq-a yaxın heroin keçirilməsinin qarşısı alınıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub. Əks-səda xəbər verir ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb. Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram […]

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Almaniyaya “hazır qida məhsulları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük ətraflı gömrük yoxlamasına cəlb olunub.

Əks-səda xəbər verir ki, yoxlama zamanı narkotik vasitə 1218 ədəd plastik qabda konservləşdirilmiş düyünün alt hissəsində aşkarlanıb.

Gizlədilmiş heroinin xalis çəkisi 112 kq 761,757 qram olub.

Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.