Hər hansı bir müzakirənin başlaması üçün İranın yeddi şərti ABŞ hökumətinə elan edilib.
Əks-səda xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai “X” sosial şəbəkə hesabında yazıb.
“Tehranın mesajı aydın və birmənalıdır: əgər Vaşinqton özünün yaratdığı çıxılmaz vəziyyətdən çıxmaq istəyirsə, İranın hüquqlarını və şərtlərini qəbul etməkdən başqa yolu yoxdur”, – general bildirib.
Qeyd edək ki, İranın Hörmüz boğazının açılması və ABŞ ilə münasibətlərin nizamlanması üçün irəli sürdüyü yeddi əsas şərt bunlardır: hərbi əməliyyatların dayandırılması; dondurulmuş aktivlərin azad edilməsi; dəniz blokadasının ləğvi; iqtisadi və siyasi sanksiyaların ləğv olunması; ABŞ-nin dəniz və hava qüvvələrinin bölgədən çıxarılması; müharibə təzminatının ödənilməsi; təhdid və təhqirlərin dayandırılması.


