İranın Qeşm adası yaxınlığında partlayış səsi eşidilib.
Əks-səda xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, səs dənizdən gəlib və partlayış Qeşmə təsir etməyib.
Digər təfərrüatlar açıqlanmayıb, mümkün fəsadlar barədə məlumat verilməyib.


