• Home  
  • “Isar Aerospace” ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb
- Dünya - Elm - Gündəm - Texnologiya

“Isar Aerospace” ilk dəfə kontinental Avropadan raketi orbitə çıxarıb

Almaniyanın “Isar Aerospace” şirkəti Norveçin Andöya kosmodromundan Spectrum daşıyıcı raketini uğurla buraxıb. Bununla da özəl şirkət tərəfindən hazırlanmış raket ilk dəfə kontinental Avropadan orbitə çıxarılıb. Əks-səda xəbər verir ki, bu barədə Isar Aerospace “X” sosial şəbəkəsində məlumat verib. “DPA”nın məlumatına görə, raket yerli vaxtla saat 22:12-də Andöya kosmodromundan buraxılıb. Təxminən 10 dəqiqə sonra Spectrum maksimal rabitə […]

Almaniyanın “Isar Aerospace” şirkəti Norveçin Andöya kosmodromundan Spectrum daşıyıcı raketini uğurla buraxıb. Bununla da özəl şirkət tərəfindən hazırlanmış raket ilk dəfə kontinental Avropadan orbitə çıxarılıb.

Əks-səda xəbər verir ki, bu barədə Isar Aerospace “X” sosial şəbəkəsində məlumat verib.

“DPA”nın məlumatına görə, raket yerli vaxtla saat 22:12-də Andöya kosmodromundan buraxılıb. Təxminən 10 dəqiqə sonra Spectrum maksimal rabitə məsafəsini keçdikdən sonra Yerlə videorabitə kəsilib.

Bu, Spectrum raketinin ikinci sınaq buraxılışı olub. 2025-ci ilin martında bu tip ilk raket buraxılışdan qısa müddət sonra dənizə düşüb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.