• Home  
  • İşə düzəltmək adı ilə vətəndaşın 24 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb
- Gündəm - KriminaI - Ölkə

İşə düzəltmək adı ilə vətəndaşın 24 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

İşə düzəltmək adı ilə vətəndaşın 24 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Bakı sakini olan bir nəfər polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini […]

Kriminal

İşə düzəltmək adı ilə vətəndaşın 24 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, Bakı sakini olan bir nəfər polisə müraciət edərək əvvəlcədən tanıdığı şəxsin həyat yoldaşını işə düzəltmək vədi ilə ondan 24 min manat aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 34 yaşlı O.Rəhimov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun paytaxt ərazisində və Abşeron rayonunda ayrı-ayrı vaxtlarda digər şəxslərə qarşı da analoji əməllər törətdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.