• Home  
  • İstanbul bələdiyyəsində yeni əməliyyat: daha 12 nəfər saxlanılıb
- Dünya - Gündəm - Hadisə

İstanbul bələdiyyəsində yeni əməliyyat: daha 12 nəfər saxlanılıb

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində daha 13 şübhəlinin saxlanılması qərarı verilib. Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Qeyd olunub ki, onlardan 12-si artıq saxlanılıb, xaricdə olduğu müəyyən edilən 1 nəfərin isə məsuliyyətə cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Saxlanılan şəxslər tenderlərə müdaxilə və dövlətə zərər iddiaları üzrə istintaqa cəlb olunub. Qeyd […]

Hadisə

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaq çərçivəsində daha 13 şübhəlinin saxlanılması qərarı verilib.

Əks-səda xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunub ki, onlardan 12-si artıq saxlanılıb, xaricdə olduğu müəyyən edilən 1 nəfərin isə məsuliyyətə cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Saxlanılan şəxslər tenderlərə müdaxilə və dövlətə zərər iddiaları üzrə istintaqa cəlb olunub.

Qeyd edək ki, bundan öncə də İstanbul Böyükşəhər Bələdiyyəsində əməliyyatlar keçirilib. Bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsindən sonra qurumda müxtəlif postlarda olan vəzifəli şəxslər saxlanılıb, korrupsiya ilə əlaqədar 10-dan çox şirkətin hesablarına həbs qoyulub.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.