• Home  
  • Kolumbiyada yaraqlıların düşərgəsinə zərbə endirilib, onlarla şəxs öldürülüb
- Dünya - Gündəm - Hadisə

Kolumbiyada yaraqlıların düşərgəsinə zərbə endirilib, onlarla şəxs öldürülüb

Kolumbiya Hərbi Hava Qüvvələrinin (HHQ) qanunsuz silahlı qruplaşmalardan birinin bazasına endirdiyi aviazərbə nəticəsində 20 yaraqlı öldürülüb. Əks-səda xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Kolumbiya lideri Abelardo de la Esprielya bildirib. “Quavyare departamentində silahlı qüvvələrimiz narkoterrorçu İvan Mordiskonun qruplaşmasının bazasına aviazərbə endirib. Bununla yanaşı, 20 yaraqlı öldürülüb, daha 5 nəfər nəzarətə götürülüb, həmçinin düşərgə ərazisində […]

Hadisə

Kolumbiya Hərbi Hava Qüvvələrinin (HHQ) qanunsuz silahlı qruplaşmalardan birinin bazasına endirdiyi aviazərbə nəticəsində 20 yaraqlı öldürülüb.

Əks-səda xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində Kolumbiya lideri Abelardo de la Esprielya bildirib.

“Quavyare departamentində silahlı qüvvələrimiz narkoterrorçu İvan Mordiskonun qruplaşmasının bazasına aviazərbə endirib. Bununla yanaşı, 20 yaraqlı öldürülüb, daha 5 nəfər nəzarətə götürülüb, həmçinin düşərgə ərazisində olan iki yetkinlik yaşına çatmayan şəxs azad edilib”, – o qeyd edib.

Kolumbiya lideri bildirib ki, ölənlər arasında əməliyyatın əsas hədəfi olan – Tiqr Sans ləqəbi ilə tanınan “Karolina Ramires” hücrəsinin komandiri müəyyən edilib: “O, cinayətkar Mordiskonun yaxın ətrafına daxil idi”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.