• Home  
  • Kubanda müəssisəyə PUA-nın düşməsi nəticəsində yanğın baş verib
- Dünya - Gündəm - Hadisə

Kubanda müəssisəyə PUA-nın düşməsi nəticəsində yanğın baş verib

Kubanda, Temryuk rayonunun Volna qəsəbəsindəki müəssisənin ərazisinə pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası Krasnodar diyarının operativ qərargahına istinadən məlumat yayıb. “PUA qalıqları Krasnodar diyarının bir neçə bələdiyyəsinə düşüb. Temryuk rayonunun Volna qəsəbəsində müəssisənin ərazisində yanğın baş verib və operativ şəkildə söndürülüb”, – məlumatda bildirilib. […]

Rusiya, Kuban, PUA

Kubanda, Temryuk rayonunun Volna qəsəbəsindəki müəssisənin ərazisinə pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Rusiya mediası Krasnodar diyarının operativ qərargahına istinadən məlumat yayıb.

“PUA qalıqları Krasnodar diyarının bir neçə bələdiyyəsinə düşüb. Temryuk rayonunun Volna qəsəbəsində müəssisənin ərazisində yanğın baş verib və operativ şəkildə söndürülüb”, – məlumatda bildirilib.

Regionun operativ qərargahının məlumatına görə, Primorsko-Axtarskda da iki evin pəncərələri zədələnib, PUA-nın qalıqlarının düşməsi nəticəsində yaralanan yoxdur. Hazırda hadisə yerlərində operativ və xüsusi xidmət orqanları işləyir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.