• Home  
  • Kürdəmirdə evdən 7 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
- Gündəm - Hadisə - KriminaI

Kürdəmirdə evdən 7 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb

Kürdəmir rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 7 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb. Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin həmin qızılları paytaxt ərazisində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı […]

Kriminal

Kürdəmir rayonunda yerləşən mənzillərin birindən ümumi dəyəri 7 000 manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Əks-səda xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Nazir Qasımov saxlanılıb.

Araşdırmalarla saxlanılan şəxsin həmin qızılları paytaxt ərazisində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı məntəqələrinin birində satdığı və əldə etdiyi pullarla avtomobil aldığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Qasımov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.