• Home  
  • Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır
- Dünya - Gündəm - Texnologiya

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti “Mach Industries” müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. Əks-səda xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-də Litvanın milli müdafiə naziri Robertas Kaunas və “Mach Industries”in prezidenti Natan Diller imzalayıblar. “Mach Industries” şirkəti pilotsuz uçuş […]

Texnologiya

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti “Mach Industries” müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb.

Əks-səda xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb.

Məlumata görə, sənədi ABŞ-də Litvanın milli müdafiə naziri Robertas Kaunas və “Mach Industries”in prezidenti Natan Diller imzalayıblar.

“Mach Industries” şirkəti pilotsuz uçuş aparatları (PUA) və kəşfiyyat vasitələrinin imkanlarını inkişaf etdirir. Biz artıq Ukraynada real müharibə şəraitində sınaqdan keçirilmiş pilotsuz sistemlərin Litvada istehsalına çalışacağıq”, – R.Kaunas bildirib.

Qeyd olunub ki, təşəbbüs üç strateji məqsədi birləşdirir: Litvanın müdafiə sənayesinin gücləndirilməsi, ABŞ ilə transatlantik tərəfdaşlığın inkişaf etdirilməsi və Ukraynaya uzunmüddətli dəstək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.