• Home  
  • Liviyada PUA neft emalı zavodunda rezervuara çırpılıb
- Dünya - Gündəm - Hadisə

Liviyada PUA neft emalı zavodunda rezervuara çırpılıb

Liviyada pilotsuz uçuş aparatı (PUA) Zaviyədəki neft emalı zavodunda (NEZ) nafta qarışığı olan rezervuara çırpılıb, nəticədə sızma baş verib. Əks-səda xəbər verir ki, bu barədə “Zawia Oil Refinery” şirkəti bildirib. Şirkətin məlumatına görə, əməkdaşlar sızmanı lokallaşdıra biliblər. Hadisə nəticəsində yanğın və yaralananlar qeydə alınmayıb. Şirkət NEZ-in ərazisinə yaxın məsafədə hərbi texnikanın olması ilə bağlı təhlükə barədə xəbərdarlıq […]

Liviyada pilotsuz uçuş aparatı (PUA) Zaviyədəki neft emalı zavodunda (NEZ) nafta qarışığı olan rezervuara çırpılıb, nəticədə sızma baş verib.

Əks-səda xəbər verir ki, bu barədə “Zawia Oil Refinery” şirkəti bildirib.

Şirkətin məlumatına görə, əməkdaşlar sızmanı lokallaşdıra biliblər. Hadisə nəticəsində yanğın və yaralananlar qeydə alınmayıb.

Şirkət NEZ-in ərazisinə yaxın məsafədə hərbi texnikanın olması ilə bağlı təhlükə barədə xəbərdarlıq edib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.