• Home  
  • Malayziyada sel nəticəsində 8 nəfər itkin düşüb
- Dünya - Gündəm - Hadisə

Malayziyada sel nəticəsində 8 nəfər itkin düşüb

Malayziyanın Selanqor ştatında, Sunqay-Pertak çayı yaxınlığındakı istirahət zonasında qəfil baş verən sel nəticəsində 8 nəfər itkin düşüb, daha 19 nəfər isə suyun əhatəsində qalıb. Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Selanqor Yanğın və Xilasetmə Xidmətinin məlumatına görə, çərşənbə axşamı səhər saatlarına qədər xilasedicilər 19 nəfəri təxliyə edə biliblər. […]

Malayziyanın Selanqor ştatında, Sunqay-Pertak çayı yaxınlığındakı istirahət zonasında qəfil baş verən sel nəticəsində 8 nəfər itkin düşüb, daha 19 nəfər isə suyun əhatəsində qalıb.

Əks-səda xəbər verir ki, bu barədə “Xinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Selanqor Yanğın və Xilasetmə Xidmətinin məlumatına görə, çərşənbə axşamı səhər saatlarına qədər xilasedicilər 19 nəfəri təxliyə edə biliblər. Güclü su axınının apardığı 8 nəfərin axtarışları davam edir.

Sel bir neçə ərazini, o cümlədən Sunqay-Pertak, Lata-Cerlus, Kem-Luit və Qununq-Raca dağını əhatə edib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.