İngiltərənin “Mançester Yunayted” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Alexandro Balde üçün danışıqlara başlayıb.
Əks-səda xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
“Qırmızı şeytanlar”ın nümayəndələri 22 yaşlı sol cinah müdafiəçisinin agenti Xorxe Mendeşlə əlaqə saxlayıblar. Tərəflər oyunçunun transferinə görə mümkün şərtləri müzakirə edirlər.
Xatırladaq ki, Kataloniya təmsilçisinin yetirməsi olan A.Balde 2021-ci ildən əsas komandada çıxış edir.


