• Home  
  • Mərmərədə batan Türkiyə gəmisinin yeri təsbit olunub
- Dünya - Gündəm - Hadisə

Mərmərədə batan Türkiyə gəmisinin yeri təsbit olunub

Mərmərə dənizində Silivri şəhəri sahillərində iki gəminin toqquşması nəticəsində batan gəminin yeri təsbit olunub. Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Gəminin təxminən 850 metr dərinlikdə olduğu bildirilir. Həmçinin qeyd olunub ki, gəmi heyətinin axtarışları davam etdirilir. Xatırladaq ki, hadisə sentaybrın 2-si gecə saatlarında Silivridən təxminən 18 dəniz mili cənubda baş […]

Hadisə

Mərmərə dənizində Silivri şəhəri sahillərində iki gəminin toqquşması nəticəsində batan gəminin yeri təsbit olunub.

Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Gəminin təxminən 850 metr dərinlikdə olduğu bildirilir.

Həmçinin qeyd olunub ki, gəmi heyətinin axtarışları davam etdirilir.

Xatırladaq ki, hadisə sentaybrın 2-si gecə saatlarında Silivridən təxminən 18 dəniz mili cənubda baş verib. Belə ki, Kocaelidən Aliağaya istiqamətində Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi İskəndərun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən TUĞBERK İMAMOĞLU ticarət gəmisi ilə toqquşub. Nəticədə sonuncu gəmi batıb.

Hadisə ilə əlaqədar cinayət işi başladılıb, saxlanılanlar var.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.