• Home  
  • Mina partlayışında ölən qardaşının evini yandırdı
- Hadisə - Manşet - Ölkə

Mina partlayışında ölən qardaşının evini yandırdı

Tərtərdə kişi qardaşı arvadının evini yandırıb. Əks-səda xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində qeydə alınıb. İttiham aktına görə, 40 yaşlı İsa Məmmədov (şərti adla) qardaşı arvadı ona həmin evdə yaşamağa icazə vermədiyi üçün qisas almaq istəyib. Bunun üçün səhər tezdən spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və damına tökərək yandırıb. Nəticədə […]

Tərtərdə kişi qardaşı arvadının evini yandırıb.

Əks-səda xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində qeydə alınıb.

İttiham aktına görə, 40 yaşlı İsa Məmmədov (şərti adla) qardaşı arvadı ona həmin evdə yaşamağa icazə vermədiyi üçün qisas almaq istəyib. Bunun üçün səhər tezdən spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və damına tökərək yandırıb. Nəticədə ev sahibinə 10 min manat ziyan dəyib.

Hadisə ilə əlaqədar İsa Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qardaşı 2021-ci ildə Tərtərin Talış kəndində minaya düşərək həlak olub. Özü isə 2 il əvvəl həbsdən buraxılıb və evi olmadığı üçün küçələrdə yaşayıb. Qardaşı arvadı evdə yaşamasına icazə vermədiyi üçün məlum əməli törədib. Onun sözlərinə görə, həmin ev valideynlərinə verildiyi üçün özünün də yaşamaq hüququ var.

Zərərçəkmiş şəxs isə ifadəsində İsanın həmin evdə yaşamaq hüququ olmadığını və qaynının illər əvvəl də yaşadıqları evi yandırdığını deyib. O, həmçinin təqsirləndirilən şəxslə barışdığını, ona dəyən ziyanın ödənildiyini, İsaya qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə İsa Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin onun cəzası 2 il sınaq müddəti olmaqla şərti hesab edilib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.