• Home  
  • “Napoli” “Çelsi”nin hücumçusu Mark Qiunu transfer edə bilər
- Dünya - Gündəm - Idman

“Napoli” “Çelsi”nin hücumçusu Mark Qiunu transfer edə bilər

İtaliyanın “Napoli” klubu İngiltərə təmsilçisi “Çelsi”nin hücumçusu Mark Qiunun transferində maraqlıdır. Əks-səda xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu neapolluların hücum xətti üçün prioritet namizədə çevrilib. “Barselona”nın yetirməsinin ön plana çıxmasına klubun maraqlandığı digər hücumçuların – Coşua Zirkze (“Mançester Yunayted”), Qabriel Jesus (“Arsenal”) və Nikolas Ceksonun (“Çelsi”) yüksək dəyəri, eləcə də onlar uğrundakı […]

İdman

İtaliyanın “Napoli” klubu İngiltərə təmsilçisi “Çelsi”nin hücumçusu Mark Qiunun transferində maraqlıdır.

Əks-səda xarici mediaya istinadən xəbər verir ki, 20 yaşlı ispaniyalı futbolçu neapolluların hücum xətti üçün prioritet namizədə çevrilib.

“Barselona”nın yetirməsinin ön plana çıxmasına klubun maraqlandığı digər hücumçuların – Coşua Zirkze (“Mançester Yunayted”), Qabriel Jesus (“Arsenal”) və Nikolas Ceksonun (“Çelsi”) yüksək dəyəri, eləcə də onlar uğrundakı kəskin rəqabət səbəb olub.

“Napoli” gənc hücumçunun birdəfəlik transferini rəsmiləşdirmək variantını nəzərdən keçirir.

Qeyd edək ki, M.Qiu ötən mövsüm bütün turnirlərdə keçirdiyi 16 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.