• Home  
  • Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşərək aşıb, 4 nəfər xəsarət alıb
- Gündəm - Hadisə - Ölkə

Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşərək aşıb, 4 nəfər xəsarət alıb

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Əks-səda xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Chery” markalı nəqliyyat vasitəsi toqquşub. Toqquşmanın təsirindən təcili tibbi yardım avtomobili aşıb. Qəza nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və “Chery” markalı avtomobilin sürücüsü xəsarət alıb. […]

Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Əks-səda xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı təcili tibbi yardım avtomobili ilə “Chery” markalı nəqliyyat vasitəsi toqquşub. Toqquşmanın təsirindən təcili tibbi yardım avtomobili aşıb.

Qəza nəticəsində təcili tibbi yardım avtomobilində olan 3 nəfər və “Chery” markalı avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.