• Home  
  • “Neftçi” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır
- Gündəm - Idman

“Neftçi” bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

“Neftçi” UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır. Əks-səda xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun “Dinamo” (Minsk) kollektivini qəbul edəcək. Qarşılaşma “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellas olacaq. Xatırladaq ki, cütün qalibi növbəti raundda “Jelezniçar” (Serbiya) […]

“Neftçi” UEFA Konfrans Liqasında bu gün mübarizəyə başlayır.

Əks-səda xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda turnirin II təsnifat mərhələsinin ilk oyununda, Bakıda Belarusun “Dinamo” (Minsk) kollektivini qəbul edəcək.

Qarşılaşma “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi kiprli FIFA referisi Konstantinos Fellas olacaq.

Xatırladaq ki, cütün qalibi növbəti raundda “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.