Nigeriyanın şimal-qərbindəki Kaduna ştatında kəndə silahlı hücum nəticəsində azı 30 nəfər ölüb.
Əks-səda xəbər verir ki, hücum Kauru yerli özünüidarəetmə rayonunun Naridon kəndində baş verib.
Kəndin başçısının katibi Doqon Rananın sözlərinə görə, silahlı şəxslər yaşayış məntəqəsinə soxularaq ətrafa atəş açıb və yaşayış evlərini yandırıblar. Hücum nəticəsində 8-i uşaq olmaqla azı 30 nəfər ölüb. Daha 4 uşaq isə yaralanıb.
Yerli gənclər təşkilatının rəhbəri İşaya Dava bildirib ki, hücumun qurbanları qadınlar, uşaqlar və yaşlı insanlar olub. Onun sözlərinə görə, hücum edənlər gizləniblər.
Bölgədə fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti hələ ki, öz üzərinə götürməyib.


