• Home  
  • Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib
- Dünya - Gündəm - Hadisə

Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib

Norveçdə Rusiyaya məxsus “Professor Molçanov” gəmisinin saxlanıldığı təsdiqlənib. Əks-səda xəbər verir ki, bu barədə Norveçin Şpitsbergen qubernatorluğunun yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Barentsburq limanında dayanan gəminin üzərinə həbs qoyulması barədə qərar Nord-Troms dairə məhkəməsinin göstərişi əsasında qubernator tərəfindən qəbul edilib. Qərar Ukraynanın “Naftoqaz” şirkətinin qaldırdığı iddia çərçivəsində verilib. Gəminin müvafiq dövlət orqanlarının və ya dairə […]

Hadisə

Norveçdə Rusiyaya məxsus “Professor Molçanov” gəmisinin saxlanıldığı təsdiqlənib.

Əks-səda xəbər verir ki, bu barədə Norveçin Şpitsbergen qubernatorluğunun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Barentsburq limanında dayanan gəminin üzərinə həbs qoyulması barədə qərar Nord-Troms dairə məhkəməsinin göstərişi əsasında qubernator tərəfindən qəbul edilib. Qərar Ukraynanın “Naftoqaz” şirkətinin qaldırdığı iddia çərçivəsində verilib.

Gəminin müvafiq dövlət orqanlarının və ya dairə məhkəməsinin qərarı qəbul edilənədək dayandığı yeri tərk etməsi qadağan olunub.

Bəyanatda, həmçinin bildirilib ki, qubernator Lars Fause “Trust Arcticugol” təşkilatı ilə əməkdaşlıq edərək gəminin ekipaj üzvləri və sərnişinlərinin qayğısına qalacaq.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.