• Home  
  • Pakistanda yanğın nəticəsində 15 körpə ölüb
- Dünya - Gündəm - Hadisə

Pakistanda yanğın nəticəsində 15 körpə ölüb

Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 15 körpə ölüb. Əks-səda xəbər verir ki, bu barədə rəsmilər bu gün məlumat yayıblar. Pims xəstəxanası nümayəndələrinin məlumatına görə, hadisə baş verən zaman doğum şöbəsində 16 yeni doğulmuş körpə olub, onlardan yalnız birini xilas etmək mümkün olub. Xilasetmə xidmətlərinin məlumatına görə, yanğın federal […]

Hadisə

Pakistan Tibb Elmləri İnstitutunun (PIMS) ginekologiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 15 körpə ölüb.

Əks-səda xəbər verir ki, bu barədə rəsmilər bu gün məlumat yayıblar.

Pims xəstəxanası nümayəndələrinin məlumatına görə, hadisə baş verən zaman doğum şöbəsində 16 yeni doğulmuş körpə olub, onlardan yalnız birini xilas etmək mümkün olub.

Xilasetmə xidmətlərinin məlumatına görə, yanğın federal paytaxtda yerləşən xəstəxananın uşaq palatasında kondisioner kompressorunun partlamasından sonra başlayıb.

Xilasetmə xidmətlərinin nümayəndələri yanğının söndürüldüyünü bildiriblər.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.