• Home  
  • Paşinyan: Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır
- Dünya - Gündəm - Ölkə - Siyasət

Paşinyan: Ermənistan Azərbaycandan elektrik enerjisi idxalında maraqlıdır

Ermənistan bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla elektrik enerjisinin idxalı imkanlarını müzakirə edir. Əks-səda xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan Azərbaycandan elektrik enerjisi idxal etmək imkanlarını araşdırır. “Elektrik enerjisinin müxtəlif təchizat rejimləri mövcuddur. Bəzən ölkələrdə enerji artıqlığı, bəzən isə enerjiyə tələbat yaranır. Ermənistanın […]

Nikol Paşinyan

Ermənistan bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla elektrik enerjisinin idxalı imkanlarını müzakirə edir.

Əks-səda xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Ermənistan Azərbaycandan elektrik enerjisi idxal etmək imkanlarını araşdırır.

“Elektrik enerjisinin müxtəlif təchizat rejimləri mövcuddur. Bəzən ölkələrdə enerji artıqlığı, bəzən isə enerjiyə tələbat yaranır. Ermənistanın süni intellekt sahəsinə qoyduğu investisiyaları nəzərə alaraq, anlamalıyıq ki, əgər zərurət yaranarsa, hər hansı bir yerdən, o cümlədən Azərbaycandan elektrik enerjisi idxal etmək imkanı varmı?”, – Paşinyan Ermənistan və Azərbaycan nümayəndələrinin Laçında elektrik enerjisinin ixracı və idxalı məsələlərinə həsr olunmuş görüşünü şərh edərkən bildirib.

O, həmçinin vurğulayıb ki, Ermənistan bu məsələləri Gürcüstan, Türkiyə və İranla müzakirə edir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.