• Home  
  • Pentaqon süni intellekt startapına 5 milyard dollarlıq kredit ayıra bilər
- Dünya - Gündəm - Texnologiya

Pentaqon süni intellekt startapına 5 milyard dollarlıq kredit ayıra bilər

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) süni intellekt sahəsində fəaliyyət göstərən “Fluidstack” startapına təxminən 5 milyard dollar həcmində kredit verilməsini müzakirə edir. Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, kredit ABŞ-ın təchizat zəncirlərinin və məlumat mərkəzləri üçün komponentlərin istehsalının gücləndirilməsinə yönəldilə bilər. Vəsait Pentaqonun ABŞ-ın milli təhlükəsizliyi baxımından strateji […]

ABŞ

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) süni intellekt sahəsində fəaliyyət göstərən “Fluidstack” startapına təxminən 5 milyard dollar həcmində kredit verilməsini müzakirə edir.

Əks-səda xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, kredit ABŞ-ın təchizat zəncirlərinin və məlumat mərkəzləri üçün komponentlərin istehsalının gücləndirilməsinə yönəldilə bilər.

Vəsait Pentaqonun ABŞ-ın milli təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan layihələri maliyyələşdirən Strateji Kapital İdarəsi (OSC) tərəfindən təqdim oluna bilər. Sövdələşmə təsdiqlənərsə, bu kredit idarənin tarixində ən böyük maliyyələşdirmə olacaq.

Tərəflər arasında danışıqların bir neçə aydır davam etdiyi bildirilir. Bununla belə, sövdələşmənin yekun şərtləri hələ razılaşdırılmayıb.

“Fluidstack” 2017-ci ildə Londonda təsis edilib. Sonradan şirkət ABŞ-da süni intellekt infrastrukturunun inkişafına fokuslanıb və baş qərargahını Nyu-Yorka köçürüb.

Startap ABŞ-ın bir neçə ştatında məlumat mərkəzlərinin yerləşdirilməsi üçün ərazilərin uzunmüddətli icarəsinə dair müqavilələr də imzalayıb.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.