• Home  
  • Peruda güclü zəlzələ baş verib
- Dünya - Gündəm - Hadisə

Peruda güclü zəlzələ baş verib

Peruda 6,6 maqnitudalı zəlzələ baş verib. Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanlar Perunun mərkəzi hissəsində, Ayakuço regionunun Parinaçokas əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur. Qeyd: digər seysmoloji mənbələr bu gün baş […]

Zəlzələ

Peruda 6,6 maqnitudalı zəlzələ baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanlar Perunun mərkəzi hissəsində, Ayakuço regionunun Parinaçokas əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb.

İlkin məlumatlara görə, ölən və yaralananlar, eləcə də dağıntılar barədə məlumat yoxdur.

Qeyd: digər seysmoloji mənbələr bu gün baş verən zəlzələnin maqnitudasını fərqli – 6,7 və 7,2 kimi qiymətləndirib; məlumatlar yenilənir.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.