• Home  
  • Polşada dron hissələri istehsal edən müəssisədə yanğın olub
- Dünya - Gündəm - Hadisə

Polşada dron hissələri istehsal edən müəssisədə yanğın olub

Polşanın Skarjisko-Kamenne şəhərində dron hissələri istehsal edən müəssisədə yanğın baş verib. Əks-səda xəbər verir ki, bu barədə Polşa mediası Skarjisko-Kamenne rayon polis idarəsinin mətbuat katibi Anna Slavinskayaya istinadən məlumat yayıb. Yanğın yığım sexində başlayıb. Hadisə baş verən zaman zavod bağlı olub, yaralanan yoxdur. “Polis əməkdaşları hələ də hadisə yerindədir, ərazinin mühafizəsini təmin edir və yanğın ocağına […]

Hadisə

Polşanın Skarjisko-Kamenne şəhərində dron hissələri istehsal edən müəssisədə yanğın baş verib.

Əks-səda xəbər verir ki, bu barədə Polşa mediası Skarjisko-Kamenne rayon polis idarəsinin mətbuat katibi Anna Slavinskayaya istinadən məlumat yayıb.

Yanğın yığım sexində başlayıb. Hadisə baş verən zaman zavod bağlı olub, yaralanan yoxdur.

“Polis əməkdaşları hələ də hadisə yerindədir, ərazinin mühafizəsini təmin edir və yanğın ocağına baxış keçirirlər. Həmçinin bu hadisənin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilir”, – o deyib.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.