• Home  
  • Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb
- Gündəm - Rəsmi - Siyasət

Prezident İlham Əliyev maldivli həmkarına təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. Əks-səda xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf […]

Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.

Əks-səda xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. İki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, habelə bu yaxınlarda ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi insanlararası təmasların, xüsusilə də turizmin inkişafına mühüm təkan vermişdir.

İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni məzmunla zənginləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Maldiv xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.