Belarusun energetikləri “Priska” siklonunun keçməsindən sonra bərpa işlərini davam etdirirlər. Fırtınanın nəticələri ölkə daxilində yüzlərlə yaşayış məntəqəsinin enerji təchizatına təsir göstərib.
Əks-səda Belarusun Energetika Nazirliyinə istinadən xəbər verir ki, 22 avqusta olan məlumata görə, 659 yaşayış məntəqəsində bərpa işləri davam etdirilib.
Fırtına nəticəsində 1 876 transformator yarımstansiyası, 179 10 kV-luq elektrik xətti, 12 35 kV-luq xətt və yeddi 110 kV-luq xətt sıradan çıxıb.
Elektrik enerjisinin kəsintiləri həmçinin 31 ferma və 16 qazanxanaya təsir edib.
Siklonun nəticələrinin aradan qaldırılması üçün 315 qəza-bərpa briqadası və 427 ədəd texnika cəlb edilib. Energetiklər elektrik enerjisinin bərpasını və zədələnmiş infrastrukturu təmirini davam etdirirlər.


