“Qarabağ” polşalı qapıçısı Mateuş Koxalski ilə vidalaşıb.
Əks-səda xəbər verir ki, “köhlən atlar” Polşanın “Vyeçista” klubunun təklifini və futbolçunun istəyini müsbət cavablandırıb.
Komandalar arasında danışıqlar uğurla yekunlaşıb və qapıçının transferi ilə bağlı razılıq əldə olunub.
2024-cü ilin yayında “Qarabağ”a keçən polşalı qapıçı bu müddətdə 76 oyun keçirib. O, Ağdam təmsilçisi ilə birlikdə Azərbaycan çempionu olub (2024/2025), UEFA Çempionlar Liqasının 1/8 finala vəsiqə uğrunda pley-offuna qədər irəliləyib və turnirdəki 40 seyvlə “top-3″də qərarlaşıb.


