• Home  
  • Qazaxıstan ikinci AES-in tikintisi ilə bağlı danışıqlar aparır
- Dünya - Gündəm - İQTİSADİYYAT

Qazaxıstan ikinci AES-in tikintisi ilə bağlı danışıqlar aparır

Qazaxıstan ölkədə ikinci atom elektrik stansiyasının (AES) tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparır. Əks-səda xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 70-ci sessiyasında Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin bildirib. “Nüvə proqramının həyata keçirilməsi çərçivəsində birinci AES-in tikintisinə hazırlıq gedir, həmçinin ikinci AES-in tikintisi məsələsi üzrə potensial təchizatçılarla […]

İqtisadiyyat

Qazaxıstan ölkədə ikinci atom elektrik stansiyasının (AES) tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparır.

Əks-səda xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş Konfransının 70-ci sessiyasında Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədr müavini Qumar Serqazin bildirib.

“Nüvə proqramının həyata keçirilməsi çərçivəsində birinci AES-in tikintisinə hazırlıq gedir, həmçinin ikinci AES-in tikintisi məsələsi üzrə potensial təchizatçılarla danışıqlar aparılır”, – deyə o bildirib.

Serqazinin qeyd etdiyi kimi, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən 2026-cı ilin aprelində təsdiq edilmiş respublikanın atom sahəsinin 2050-ci ilə qədər inkişaf strategiyası “nüvə proqramının həyata keçirilməsi çərçivəsində energetika, sənaye, elm, təhsil və yüksək texnologiyalı istehsalı birləşdirəcək müasir nüvə klasterinin yaradılmasının əsasıdır”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.