Xəzər dənizində Qazaxıstanın Manqistau vilayətindəki hadisə nəticəsində həlak olan hərbi qulluqçuların sayı 14-ə çatıb.
Əks-səda xəbər verir ki,bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qurumdan qeyd edilib ki, sentyabrın 25-i səhər saatlarında daha əvvəl Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbi qulluqçunun meyiti tapılıb.
Qazaxıstan Müdafiə Nazirliyi axtarış əməliyyatının başa çatdığını bildirib.
Xatırladaq ki, faciə sentyabrın 24-də Xəzər dənizində təlim-döyüş tapşırığının icrası zamanı baş verib. Hava şəraitinin kəskin pisləşməsi nəticəsində 17 hərbi qulluqçunu axın aparıb. Üç nəfəri xilas etmək mümkün olub, 14 nəfər ölüb.

