• Home  
  • Qazaxıstanda neft emalı zavodunda yanğın olub
- Dünya - Gündəm - Hadisə

Qazaxıstanda neft emalı zavodunda yanğın olub

Qazaxıstanın cənubunda yerləşən Qızılorda vilayətinin inzibati mərkəzindəki neft emalı zavodunda (NEZ) baş verən yanğın söndürülüb. Əks-səda xəbər verir ki, bu barəd vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb. Məlumata görə, hər birinin tutumu 60 ton olan iki çən yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatdıqda çənlər açıq alovla yanıb və yaxınlıqda yerləşən daha üç çənə də yanğının keçməsi riski […]

Hadisə

Qazaxıstanın cənubunda yerləşən Qızılorda vilayətinin inzibati mərkəzindəki neft emalı zavodunda (NEZ) baş verən yanğın söndürülüb.

Əks-səda xəbər verir ki, bu barəd vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Məlumata görə, hər birinin tutumu 60 ton olan iki çən yanıb. Yanğınsöndürənlər hadisə yerinə çatdıqda çənlər açıq alovla yanıb və yaxınlıqda yerləşən daha üç çənə də yanğının keçməsi riski olub.

“Yanğınsöndürənlərin operativ və koordinasiyalı fəaliyyəti nəticəsində alovun yaxınlıqdakı üç çənə keçməsinin qarşısı alınıb”, – məlumatda qeyd olunub. Yanğın 200 kvadratmetr ərazidə tam söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.