Türkiyənin Qaziantep vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib.
Əks-səda xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar Nurdağı rayonunda, Bakı vaxtı ilə saat 04:42-də qeydə alınıb. Zəlzələ yerin 7,44 km dərinliyində baş verib.
Zəlzələ ilə bağlı hər hansı dağıntı qeydə alınmayıb.


