• Home  
  • Qriqori Leps karyerasını başa vurmağa hazırlaşır
- Gündəm - Maqazin

Qriqori Leps karyerasını başa vurmağa hazırlaşır

Rusiyanın Xalq artisti Qriqori Leps Vitebskdə keçiriləcək solo konserti ərəfəsində musiqi karyerası ilə bağlı gözlənilməz açıqlama verib. Əks-səda “Moskovski Komsomolets” nəşrinə istinadən xəbər verir ki, məşhur müğənni iki ildən sonra səhnə fəaliyyətini başa vura biləcəyini bildirib. “Tanrının izni ilə, iki ildən sonra daha bir albom yazacağam”, – deyə sənətçi qeyd edib. Leps yeni albomun “Sonuncu imperator” […]

Rusiyanın Xalq artisti Qriqori Leps Vitebskdə keçiriləcək solo konserti ərəfəsində musiqi karyerası ilə bağlı gözlənilməz açıqlama verib.

Əks-səda “Moskovski Komsomolets” nəşrinə istinadən xəbər verir ki, məşhur müğənni iki ildən sonra səhnə fəaliyyətini başa vura biləcəyini bildirib.

“Tanrının izni ilə, iki ildən sonra daha bir albom yazacağam”, – deyə sənətçi qeyd edib.

Leps yeni albomun “Sonuncu imperator” adlanacağını və bu layihədən sonra musiqi fəaliyyətinə yekun vuracağını açıqlayıb. O, bu planını həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb.

Müğənni pərəstişkarlarının onun səhnədən gedişini anlayışla qarşılayacağına əmindir: “Zaman keçdikcə yeni və istedadlı sənətçilər meydana çıxacaq, hər şey öz yerini tutacaq”.

Haqqımızda

Əks Səda — Azərbaycandan və dünyadan ən son xəbərləri operativ və obyektiv şəkildə çatdıran xəbər portalıdır. Siyasət, iqtisadiyyat, idman və mədəniyyət — gündəmin bütün vacib hadisələri bir ünvanda. Gündəmin əks-sədası burada!

 

© 2026 eksseda.com — Bütün hüquqlar qorunur.